“Liverpul”un futbolçusu Mohamed Salah çərşənbə günü Premyer Liqanın 3-cü turunun "Nyukasl"la görüşündən sonra tibbi müayinədən keçmək üçün Səudiyyə Ərəbistanına yollanacaq.
Sportal.az “KSA Sport”a istinadən xəbər verir ki, misirli futbolçunun “Əl-İttihad”a keçəcəyi gözlənilir. Salahın artıq ərəblərə keçidlə bağlı razılıq verdiyi bildirilir.
Misirli özü Mersisayd klubunun rəhbərliyindən onu “Əl-İttihad”a satmasını xahiş edib.
Qeyd edək ki, transfer 90 milyon avroya başa gələcək. Bu isə Səudiyyə Ərəbistanı çempionatı üçün rekord məbləğdir.
saytlarin hazirlanmasi