"Lester" "Qalatasaray"ın futbolçusu Yunus Akgünü icarəyə götürüb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, klublar arasında müqavilə 2023/24 mövsümünün sonuna kimi hesablanıb.
23 yaşlı futbolçu 2018-ci ildən "Qalatasaray"ın əsas komandasında çıxış edir.
O, İstanbul klubunun heyətində 61 matçda 6 qol vurub, 8 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi