Türkiyə mətbuatının yaydığı xəbərə görə, Azərbaycan milli komandasının forvardı “Qaziantep”, “Sivasspor” və “Konyaspor” transfer etmək istəyir.
Sportal.az saytına verilən məlumata görə, bu komandalardan “Konyaspor” artıq “Qrasshopper”lə danışıqlara başlayıb. Amma türkiyəlilər qarşı tərəfdən müsbət cavab ala bilməyib. Belə ki, onların Dadaşovu icarəyə götürmək istəyi reallaşmayıb. İsveçrəlilər forvardı sata biləcəyini qarşı tərəfə bildirib.
“Qrasshopper”in istədiyi məbləğ isə “Konyaspor” üçün nəzərdə tutulandan çox yüksək olduğu üçün hələ ki, Dadaşovu transfer etmək mübarizəsindən kənara çəkiliblər. 24 yaşlı hücumçunun “Qrasshopper”lə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq. Amma klub onunla müqavilə müddətini bir illik artıra bilər.
saytlarin hazirlanmasi