"Haddersfild Taun" və Çexiya millisinin qapıçısı Tomaş Vaçlik karyerasına ABŞ-da davam edəcək.
Sportal.az xəbər verir ki, o, "Nyu-İnqlend Revoluşn"la anlaşıb.
Çexiyalı qolkiper yeni komandasına azad agent kimi keçib. Onun müqaviləsi 2024-cü il dekabrın 31-də başa çatacaq. Vaçlik əvvəllər “Olimpiakos”, “Bazel”, “Sevilya” kimi klubların qapısını qoruyub.
Vaçlik 16 milyon avroya "Çelsi"yə keçən Corce Petroviçi əvəzləyəcək.