"Qarabağ"da oynamış futbolçu: "Karyeramı başa vurmaq fikrim yoxdur"

22:28 - 27 Avqust 2023

Ötən mövsümü "Turan Tovuz"da keçirən, hazırda isə klubsuz olan Azərbaycan millisinin sabiq üzvü Cavid Tağıyev Sportal.az saytına açıqlama verib. Bir müddət öncə adı "Araz -Naxçıvan"la hallanmış futbolçu hazırkı durumundan və Naxçıvan klubuna keçidinin baş tutmamasından danışıb.

Bununla yanaşı, təcrübəli futbolçu karyerasını başa vurmaq haqda düşünmədiyini söyləyib: "Araz-Naxçıvan"a transfer məsələm var idi. Amma son anda baş tutmadı. Hazırda fərdi məşqlərlə kifayətlənirəm. Necə olacağını yaxın günlərdə görəcəyik. Amma karyeramı başa vurmaq fikrim yoxdur. Əksinə, pozitiv düşüncədəyəm. İnanıram ki, hər şey yaxşı olacaq".

“Turan Tovuz” yetirməsi olan 31 yaşlı futbolçu AZAL, “Qarabağ”, “Zirə”, “Sumqayıt”, “Sabah”, “Səbail” klublarının formasını geyinib. Azərbaycan millisində isə iki oyunda meydana çıxıb.

 

Xəbər xətti