"Neftçi" qarşıdakı bir həftədə 3 yeni legioner transfer etməyi planlaşdırır.
Sportal.az sportinfo.az-a istinadən xəbər verir ki, rəhbərlik baş məşqçi Adrian Mutunun istəyi əsasında iki mövqeni gücləndirməyə çalışır.
Rumıniyalı mütəxəssis 2 hücumçu və 1 vinger alınmasını tələb edib. Orta sahədə və irəli xətdə ciddi problemlərin olduğunu söyləyən Mutu komandanın güclənməyəcəyi təqdirdə, Premyer Liqada çempionluq uğrunda mübarizə apara bilməyəcəyini etiraf edib.
"Neftçi"də ikinci ayını keçirən şərqi avropalı sükançı transferini istədiyi legionerlərin adlarını rəsmilərin masasının üzərinə qoyub. Onun xidmətinə gərək duyduğu hər iki hücumçu Avropada kifayət qədər tanınır və zəngin karyeraya sahibdir. Qiymətləri də kifayət qədər yüksəkdir. Amma bu, "ağ-qaralar"ı qorxutmur.
Çünki Mutu yeni simaların gəlişindən sonra komandanın tezliklə üst səviyyədə çıxış edəcəyinə əmindir. Yəni, onlara böyük pul xərcləməyə dəyər.
saytlarin hazirlanmasi