Elmar Baxşıyev istefa haqda: "Heç nədən yapışmamışam"

20:59 - 27 Avqust 2023

"Bilirdik ki, ağır oyun olacaq. "Neftçi" yenilənib, heyətində yaxşı, keyfiyyətli oyunçuları var. İstədiyimiz o idi ki, nəzarəti öz üzərimizə götürək. Birinci hissədə komanda istədiyimi meydanda verməyə çalışırdı. Sadəcə bu sezon konsentrasiyanı anidən itiririk və qapımızda qollar görürük. Toparlanmaq lazımdır. Belə davam etsək, uçurumda olacağıq. Qarşıdakı günlərdə komanda ilə daha ətraflı danışacağıq".

Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 4-cü turunun "Neftçi" ilə oyunundan sonra deyib.

O, jurnalistlərin suallarını cavablandırıb.

- Kristof Atanqana 4 oyunda 11 qol buraxıb, səhvləri də görünür. Qarşıdakı matçlardan yerli qapıçılara şans verməyi düşünürsüz?

Siz qolu görüb danışırsız, mən ətraflı dəyərlənidirərm. Kristof Atanqana kimi digər mövqelərin oyunçuları səhv edir ki, rəqib qol vurur. Rəşad Əzizli bizə zədəli gəlib. Qolu sınmışdı. Onu zədəli-zədəli götürüb bərpa etmişik. İnanmasaydıq, bizimlə olmazdı. O da şans qazanacaq. Onun qapıda olmamasının səbəbi bərpa olunmamasıl ilə bağlıdır.

- Dörd turdur ki, xala həsrətsiz. Bu, sizin komandada gələcək karyeranıza nə dərəcədə təsir edir? 

Bu il müqavilə bağlasaydım, deyərdim komandada yeniyəm. Amma yeni deyiləm. Burada futbolçu kimi karyeramı bitirmişəm, uğurlar qazanmışam. Özüm özümü bura təyin etməmişəm. Güvənən insanlar var. "Qəbələ"nin xeyrinə olacaqsa, mən burada heç nədən yapışmamışam. Qaçmaq fikrində də deyiləm. Toparlanmaq lazımdır. Komanda bəzi epizodlarda göstərir ki, futbol bacarığı yaxşı səviyyədədir.

- Heyəti dəyişmisiz deyə nəticələr belədir, yoxsa gələnlər gedənlər qədər keyfiyyətli deyil?

- Bunu keyfiyyətlə bağlamazdım. Gedənləri nəzərə alsaq, üç ilin komandasıydıq. Oyunçular bir-birinə adaptasiya olmuşdu. Bu futbolçulara inanıb dəvət etmişik. Komanda şəklində daha yaxşı olmağa cəhd etmək lazımdır.

- Maliyyə transfer etməyə imkan vermir? Transferlər sizin üçün bitdi?

Elə sual verirsiz ki, iki tərəfli cavabı var. Əlbəttə, maliyyə daha dayanıqlı olsaydı, həmin futbolçular qalardı. Gedənin yerini doldurmaq çətin olur. Ümidsiz deyilik. Mövqelər var ki, daha çox oyunçu lazımdır. Çempionatımızın ən çox top buraxan, ən az qol vuran komandasıyıq. Mövqelər var ki, güclənmək vacibdir. Gözləyirik.

- Bu nəticəyə baxanda istefa haqda düşünürsüz?

Hər bir qərara açığam. Əgər düşünürlərsə, "Qəbələ" üçün daha yaxşı olacaqsa, mənimlə danışığa gedə bilərlər.

- Əsas komandadan fərqli olaraq, əvəzediciləriniz çempionatında liderdir. Oradakı uşaqlara şans vermək olmaz?

Gəlin səmimi olaq, finaldan sonra hamı Kristof Atanqanadan danışırdı. Məğlubiyyətlərdə o günahkar deyil. Cavanlar həmin yükü qaldırmağa qadir olmadır ki, şans verək. Əvəzedicilər Liqası ilə Premyer Liqa arasında böyük fərq var. Mehrac Baxşalı o siqnalı verir deyə, meydana buraxırıq. Başqalarında belə deyil deyə, indiki oyunçular oynayır.

Mirbağırağa

Xəbər xətti