"Traktor" qalib gəldi

11:18 - 29 Avqust 2023

İran çempionatında 3-cü turun matçları keçirilib.

Sportal.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" "Mes Rafsanjan"ı qəbul edib.

Matç Təbriz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Traktor"un qələbə qolunu 87-ci dəqiqədə Mehdi Abdi vurub.

Təbriz klubu 3 xalla 12-ci pillədədir.

Xəbər xətti