Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu Mohamed Salah üçün “Liverpul”la danışıqları davam etdirir.
Sportal.az “The Sun”a istinadən xəbər verir ki, ərəblər misirli üçün Mersisayd klubuna 129 milyon funt sterlinq təklif edib.
31 yaşlı futbolçu özü 3 illik müqavilə ilə ildə 76 milyon avro qazanmaq niyyətindədir.
Salah “Al Mokavlun”, “Bazel”, “Çelsi”, “Fiorentina”, “Roma” klublarında oynadıqdan sonra 2017-ci ildə “Liverpul”a keçib.
saytlarin hazirlanmasi