"Ferentsvaroş"un "Neftçi"nin futbolçusu Kilan Lebonla maraqlanması barədə xəbər vermişdik.
Sportal.az saytına verilən məlumata görə, Macarıstan klubunun məşqçilər korpusundan və rəhbərlikdə yer alan şəxslər Bakıya səfər etməyi planlaşdırır.
Bu isə, Lebonu canlı olaraq iş başında görməklə bağlıdır. Tanınmış klubun rəsmiləri sentyabrda “Neftçi”nin ölkə çempionatındakı ev oyunlarından birini stadiondan canlı izləyəcək.
26 yaşlı yarımmüdafiəçi “Amyen”, “Paris”, “Utrext”, “Kretey”, “Beroe”, “Qazelle Ayaçço”, “Astana”da oynadıqdan sonra 2023-cü il yanvarda “Neftçi”yə keçmişdi. Lebonun “ağ-qaralar”la müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.
saytlarin hazirlanmasi