"Yurqorden"in azərbaycanlı hücumçusu Musa Qurbanlı İsveç çempionatının 21-ci turunun yekunlarına görə rəmzi komandaya daxil olub.
Sportal.az xəbər verir ki, “Sofascore” statistik portalı Qurbanlıya hesabat turunun iki qol vurduğu və məhsuldar ötürmə verdiyi “Deqerfors”la matçda (4:1) 8,7 xal verib və onu turun simvolik komandası sırasına əlavə edib.
Azərbaycanlı hücumçu “Yurqorden”dən rəmzi komandaya düşən yeganə futbolçusu olub.