"Milan"ın forvardını İngiltərənin iki klubu istəyir

13:29 - 29 Avqust 2023

Belçika millisinin və “Milan”ın forvardı Divok Origi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az “Calciomercato”ya istinadən xəbər verir ki, təcrübəli forvard “Bernli”nin maraq dairəsindədir.

İngiltərə klubunun təmsilçiləri forvard üçün “Milan”la danışıqları davam etdirir. Origini transfer etmək asan olmayacaq. Məsələ burasındadır ki, “Vest Hem” də belçikalının xidmətində maraqlıdır.

28 yaşlı hücumçu “Lill”, “Liverpul”, “Volfsburq”da oynadıqdan sonra 2022-ci ildə “Milan”a keçib. Divokun “rossonyerlər”lə müqaviləsi 2026-cı il iyunun 30-da başa çatacaq.
 

Xəbər xətti