“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Avropa Liqasının pley-off mərhələsinin “Olimpiya”ya qarşı keçiriləcək cavab oyununu buraxacaq.
Sportal.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Finlandiyanın “Helsinki” klubuna qarşı keçirilmiş cavab matçında qasıq nahiyəsindən zədə alıb və müalicəsi hələ də davam edir.
“Qarabağ” - “Olimpiya” matçı avqustun 31-də “Tofiq Bəhramov” stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
Lyublyanada baş tutmuş ilk matçda Azərbaycan çempionu rəqibini 2:0 hesabı ilə məğlub edib.
saytlarin hazirlanmasi