Azərbaycandan ayrıldı, İsraildə bu klubla müqavilə imzaladı - FOTO

14:31 - 29 Avqust 2023

Ötən mövsüm "Səbail"in aparıcı üzvünə çevrilmiş, yayda gözlənilməz şəkildə komandadan göndərilmiş Franko Mazurek İsraildə oynayacaq.

Sportal.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi bu ölkənin aşağı liqasında mübarizə aparan "İroni Tiberias"la anlaşıb.

Adıçəkilən klub 29 yaşlı futbolçunun transferini rəsmən açıqlayıb. "Səbail"ə qədər "Boka Xuniors", "Palestino", "Kolon", "Levski", AEL(Limassol) klublarında oynamışdı. 

 

Xəbər xətti