"Sabah"ın yeni transferi Ayaz Quliyev tezliklə Azərbaycan pasportuna yiyələnə bilər.
Sportal.az saytına verilən məlumata görə, 26 yaşlı futbolçu özü də Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır.
"Sabah" onu yerli futbolçu kimi sifariş etmək niyyətindədir. Problemin tezliklə həll olunması üçün hazırda danışıqlar gedir.
Bu isə Quliyevin Azərbaycan millisinə dəvət olunmaq ehtimalını da yüksəldəcək. Qeyd edək ki, Ayaz “Sabah”la 3 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi