"Neftçi"nin sabiq hücumçusu yenidən legioner həyatı yaşaya bilər

11:44 - 30 Avqust 2023

"Neftçi"nin sabiq forvardı, son olaraq "Səbail"də oynamış Mirabdulla Abbasov ölkə xaricinə yollana bilər.

Sportal.az saytına verilən məlumata görə, hücumçu hazırda üç ölkə klublarından təklif alıb. Onun Türkiyə, Kipr və Albaniya komandaları xidmətində maraqlı olduğu iddia edilir.

Lakin Abbasov konkret təklifi gözdən keçirəcək və şərtlər qaneedici olarsa, yenidən legioner həyatı yaşamağa qərar verəcək.

"Araz-Naxçıvan", "Kəpəz" və "İrəvan" da bu yay Mirabdullanı transfer etmək istəyib. Forvardın 2023/2024 mövsümün hansı komandada keçirəcəyi yaxın günlərdə dəqiqləşəcək. “Neftçi”nin yetirməsi olan 28 yaşlı forvard əsas komandadan savayı, “Dauqavpils”, “Sumqayıt”da da oynayıb. O, 2018-ci ildə Azərbaycan millisində debüt edib və dörd görüşdə meydana çıxıb.

Xəbər xətti