İsveçrənin “Qrasshopper” klubunun idman direktoru Bernt Haas Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun komandanı tərk edə biləcəyinə münasibət bildirib.
Sportal.az xəbər verir ki, “Nau”ya danışan klub rəsmisi Dadaşova təkliflərin olduğunu etiraf edib:
“Renat Dadaşovla bağlı müxtəlif təklifləri, variantları nəzərdən keçiririk”.
Millimizin hücumçusunun karyerasını davam etdirmək üçün bir neçə variantı var və özü də klubunu dəyişməyin əksinə deyil. Onun “Qrasshopper”lə müqaviləsi gələn ilin yayına qədərdir.
saytlarin hazirlanmasi