Azərbaycan millisinin forvardı Renat Dadaşovun karyerasını Türkiyədə davam etdirmək şansı var. Onun xidmətində üç klub maraqlıdır.
Sportal.az saytına verilən məlumata görə, Renatı icarəyə götürmək istəyən "Konyaspor" danışıqlara pauza verib. Buna səbəb isə "Qrasshopper"in Renat üçün yüksək məbləğ tələb etməsidir. Saytımıza daxil olan məlumata görə, Superliqa təmsilçisi Renatı bir illik icarəyə götürmək üçün İsveçrə klubuna 300 min avro təklif edib. Lakin "Qrasshopper" məbləğin aşağı olduğunu əsas gətirərək, üstəlik forvardını icarəyə göndərmək istəmədiyi üçün Türkiyə klubunun təklifinə müsbət cavab verməyib.
24 yaşlı forvard 2022-ci il iyulda “Vulverhempton”dan “Qrasshopper”ə keçib. Onun hazırkı komandası ilə müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi