Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
25.08.2023-cü il tarixində Misli Premyer Liqasının IV turunun “Araz-Naxçıvan” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Sumqayıt” klubu 700 manat cərimə edilir (maddə 37);
25.08.2023-cü il tarixində Misli Premyer Liqasının IV turunun “Araz-Naxçıvan” – “Sumqayıt” oyunu bitdikdən “Araz-Naxçıvan” klubunun köməkçi məşqçisi Əfran İsmayılov oyunun rəsmi şəxslərinin tələblərinə əməl etmədiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalanır, “Araz-Naxçıvan” klubu 1000 manat cərimə edilir (maddə 44.5);
26.08.2023-cü il tarixində Misli Premyer Liqasının IV turunun “Zirə” – “Sabah” oyununda “Sabah” klubunun futbolçusu Amin Seydiyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Sabah” klubu 1500 manat cərimə edilir (maddə 39.1);
27.08.2023-cü il tarixində Misli Premyer Liqasının IV turunun “Neftçi” – “Qəbələ” oyununda “Neftçi” klubunun qapıçısı Rza Cəfərov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 41);
27.08.2023-cü il tarixində Misli Premyer Liqasının IV turunun “Neftçi” – “Qəbələ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 51.2);
27.08.2023-cü il tarixində Misli Premyer Liqasının IV turunun “Qarabağ” – “Kəpəz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qarabağ” klubu 800 manat cərimə edilir (maddə 51.2);
saytlarin hazirlanmasi