Almaniya millisinin forvardı bu klubla anlaşdı

14:51 - 31 Avqust 2023

"Verder"(Bremen) və Almaniya millisinin forvardı Niklas Follkruq "Borussiya"ya (Dortmund) keçməyə hazırlaşır.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Niklas bu gün tibbi müayinədən keçmək üçün Dortmunda yollanacaq.

Bu transferə görə "Borussiya" 13 milyon avrosundan keçəcək.

Adıçəkilən hücumçunun Bremen klubu ilə müqaviləsi 2025-ci ilin iyunun 30-na qədərdir. 30 yaşlı hücumçu “Qröyter Fürt”, “Nürnberq”, “Hannover” klublarında da oynayıb və 2019-cu ildə “Verder”ə qayıdıb.

 

Xəbər xətti