"Qarabağ"ın qrup mərhələsindəki rəqibləri bəlli oldu - YENİLƏNİB

15:35 - 1 Sentyabr 2023

Avropa Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin püşkü atılıb.

Sportal.az xəbər verir ki, bu gün baş tutan tədbirdə "Qarabağ"ın da rəqibləri müəyyənləşib. Ağdam təmsilçisi H qrupunda "Bayer Leverkuzen", "Molde" və "Haken"lə mübarizə aparacaq.

*******

Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkü atılacaq.

Sportal.az xəbər verir ki, təmsilçimiz "Qarabağ"ın da rəqibləri bəlli olacaq.

Azərbaycan çempionu II səbətdə yer alacaq. Tədbirə 15:00-da başlayacaq.

Avropa Liqası

I səbət: "Liverpul", "Vest Hem" (hər ikisi İngiltərə), "Vilyarreal" (İspaniya), "Roma", "Atalanta" (hər ikisi İtaliya), "Bayer" (Almaniya), "Ayaks" (Niderland), "Reyncers" (Şotlandiya)

II səbət: "Betis" (İspaniya), "Marsel", "Renn" (hər ikisi Fransa) "Sportinq" (Portuqaliya), "Olimpiakos" (Yunanıstan), LASK (Avstriya), "Slaviya" (Çexiya), "Qarabağ" (Azərbaycan)

III səbət: "Brayton" (İngiltərə), "Frayburq" (Almaniya), "Sparta" (Çexiya), "Molde" (Norveç), "Union" (Belçika), "Makkabi" (Hayfa, İsrail), "Şturm" (Avstriya), "Şerif" (Moldova)

IV səbət: "Tuluza" (Fransa), "Panatinaikos", AEK (hər ikisi Yunanıstan), TÇS (Serbiya), "Servett" (İsveçrə), "Rakuv" (Polşa), "Aris"(Kipr), "Hakken" (İsveçrə)

Xəbər xətti