"Atletiko"nun və Belçika millisinin futbolçusu Yannik Karrasko karyerasınl Səudiyyə Ərəbistanında davam etdirəcək.
Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, futbolçu "Əl-Şəbab"la müqavilə imzalayacaq.
Futbolçu ilə razılıq əldə edilib. Ərəblər "Atletiko"nun da istədiyi məbləği verə bilərsə, transfer rəsmiləşəcək.
29 yaşlı futbolçu 2020-ci ildən “Atletiko”da çıxış edir.
Qeyd edək ki, Karrasko 2015-ci ildən Belçika millisinin üzvüdür.
saytlarin hazirlanmasi