"Qarabağ"ın futbolçusu Leandro Andrade Avropa Liqasının pley-off mərhələsinin "Olimpiya" ilə cavab (1:1) görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb. Sportal.az xəbər verir ki, Ağdam klubunun legioneri komandasının AL-in qrup mərhələsinə vəsiqə qazanmasından danışıb.
- Oyundan sonra "Olimpiya"nın futbolçusu ilə nə haqda danışırdınız?
- Dioqo Pinto idi, bizə qol vuran futbolçu. "Sportinq"in aşağı yaş qruplarında birlikdə oynamışıq. Elə uşaqlıqdan bir-birimizi tanıyırıq. Sonradan yollarımız ayrıldı. İndi o da ata olacaq, mən də.
- Ona "Qarabağ"a gəlməyi ona təklif etmədin?
- Xeyr. Sadəcə bizə qol vurduğuna görə ona əsəbiləşdim.
- "Qarabağ" ardıcıl 10 mövsümdür ki, avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanır. Bu barədə fikrin necədir?
- "Qarabağ"ın şərəfli tarixinə adımın yazılmasına görə qürurulu və sevincliyəm.
- Sənə qarşı kobudluq oldu və "Olimpiya"nın qapısına penalti təyin edildi. Amma baş hakim VAR-a baxdıqdan sonra bu qərarı verdi...
- Müdaxilə var idi, rəqib həmin epizodda məni itələmişdi. Bu cür qayda pozuntuları penaltidir. Lakin baş hakimin verdiyi qərara təəccüblənmədim. Çünki hadisələr o qədər sürətlə cərəyan edirdi ki, həmin epizodda baş hakimin nəyisə gözdən qaçırması normal idi. Buna görə də VAR-a müraciət etməsində təəccüblü bir şey yoxdur.
- Avropa Liqasının qrup mərhələsində hansı komandaların düşməsini, hansı komandaların düşməməsini istəyərdin?
- İngiltərə Premyer Liqa təmsilçisi öz gücümüzü müqayisə etmək imkanından niyə qaçaq? Bu ölkənin təmsilçilərindən biri ilə qarşılaşmaq xoş olardı. Bunu arzulamaqda qeyri-adi heç nə yoxdur. Təbii ki, Portuqaliyanın hansısa komandası da pis olmazdı.
- Hazırda Azərbaycan Premyer Liqasında lider "Qarabağ" yox, "Zirə"dir. Vəziyyəti düzəldə biləcəksiz?
- Biz özümüzə inanmalıyıq. Bəli, lider "Zirə"dir. Ancaq hələ çempionatda onlarla üç oyunumuz var. Hər şey özümüzdən asılıdır, hələ ki, liqanın əvvəlidir. Təbii ki, buraxdığımız səhvləri analiz edəcəyik. Ondan da nəticə çıxaracağıq. Heç nəyin sonu deyil. Liderliyi əldə etmək özümüzdən asılıdır.
Mirbağırağa
saytlarin hazirlanmasi