Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına açıqlama verib.
Sportal.az xəbər verir ki, “Inter-news”a danışan italiyalı mütəxəssis millimizin baş məşqçisi postunda əldəetdiyi nəticələrdən danışıb:
“AVRO-2024-ün seçmə mərhələsində Belçika, Avstriya və İsveç kimi komandalarla birlikdə çox çətin qrupa düşmüşük. Böyümək üçün hələ çox yolumuz var. Millətlər Liqasında yaxşı çıxış etdik. Lakin təəssüf ki, qrup birincisi ola bilmədik. Qazaxıstanı səfərdə məğlub etmək istəyirdik. Statistikaya görə, rəqibimizi üstələdik, amma bu, məğlubiyyətdən qaçmağa imkan vermədi. Azərbaycan millisi tarixi ərzində heç vaxt ardıcıl 5 qələbə qazanmamışdı. Amma keçən il buna nail olduq. Bu, doğru yolda olduğumuzu göstərir".
saytlarin hazirlanmasi