ABŞ millisinin üzvü "Qalatasaray"da oynamaq istəmədi

13:33 - 1 Sentyabr 2023

"Qalatasaray" "Yuventus"un futbolçusu Ueston Makkenni transfer etmək üçün qarşı tərəfə təklif göndərib.

Sportal.az "Calicomercato"ya istinadən xəbər verir ki, "qoca sinyora" təklifə müsbət yanaşıb.

Amma ABŞ millisinin üzvü "Qalatasaray"da oynamaq istəməyib. 

25 yaşlı oyunçu "Yuventus"da qalmaq istəyib. 

Qeyd edək ki, Makkenni 2022/2023 mövsümünü icarə əsasında “Lids”də keçirib. 

Xəbər xətti