"Yuventus"la yollarını ayıran Leonardo Bonuççinin yeni komandası bəlli olub.

Sportal.az xəbər verir ki, təcrübəli müdafiəçi "Union Berlin"lə müqavilə imzalayıb. 

36 yaşlı italiyalı futbolçu 2024-cü ilin yayına qədər Almaniya klubuna məxsus olacaq.

"Union Berlin" Bonuççi üçün təzminat ödəməyib. O, komandaya azad agent kimi keçib.