İngiltərənin "Çelsi" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, London təmsilçisi "Mançester Siti"nin hücumameyilli yarımmüdafiəçisi Koul Palmeri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Çelsi" ingilis vinger üçün Mançester təmsilçisinə 50 milyon avro təzminat ödəyib. 21 yaşlı ön xətt oyunçusu yeni klubu ilə 2023-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Koul Palmer "Mançester Siti"nin yetirməsidir. İngiltərə U-21 millisinin üzvü "şəhərlilər"in əsas komandasının heyətində meydana çıxdığı 41 rəsmi matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi