Almaniyanın "Bayer" klubunun baş məşqçisi Xabi Alonso Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasiminin nəticələrinə əsasən komandasının “Qarabağ” (Azərbaycan), “Molde” və Haken”lə birlikdə H qrupunda yer almasını şərh edib.
Sportal.az “Westdeutsche Zeitung” portalına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis asan olmayacağını deyib:
"Asan olmayacaq. Matçlara tam məsuliyyətlə yanaşacağıq. Məqsədimiz yalnız qrupu qalib başa vurmaq ola bilər. Keçən il Avropa Liqasının yarımfinalında “Roma” ilə qarşılaşma (0:1, 0:0) zamanı yaranan eyforiya bizi daha da iddialı edib. Bəli, biz qrupun favoritiyik, lakin rəqiblərimiz ciddi qəbul edilməli olan komandalardır”.
saytlarin hazirlanmasi