Azərbaycan millisinin sabiq müdafiəçisi bu klubla anlaşdı

13:17 - 2 Sentyabr 2023

Azərbaycan milli komandamızın sabiq üzvü Təmkin Xəlilzadə özünə yeni komanda tapıb.

Sportal.az saytına verilən məlumata görə, müdafiəçi ikinci liqada yarışan "Füzuli"nin formasını geyinməyə hazırlaşır.

Adıçəkilən klub Xəlilzadəyə təklif göndərib. Millimizin sabiq üzvü "Füzuli"nin təklifi ilə razılaşıb. 

30 yaşlı futbolçu "Qarabağ", AZAL, "Zirə", "Qəbələ", "Sabah" klublarında oynayıb. O, 2017-ci ildən Azərbaycan millisinin formasını geyinib, 17 matçda 3 qol vurub.

 

Xəbər xətti