“Spartak”ın sabiq futbolçusu Reziuan Mirzov “Neftçi” ilə müqavilə imzalamaq üçün Bakıya gəlib.
Sportal.az saytına verilən məlumata görə, 30 yaşlı futbolçunun “ağ-qaralar”la bütün detallarda razılaşdığı bildirilir.Rusiyalı futbolçunun bu gün “Kapital Bank Arena” stadionunda keçiriləcək və saat 20:30-da başlayacaq Premyer Liqanın V turunun “Sumqayıt” – “Neftçi” matçında tribunada olacağı gözlənilir.
“Neftçi”nin Mirzovla bir illik müqavilə imzalayacağı ehtimal olunur. Yarımmüdafiəçi karyerası ərzində “Spartak”(Nalçik), “Torpedo”(Moskva), “Terek”, “Rostov”, “Tosno”, “Arsenal”(Tula), “Spartak”(Moskva), “Ximki” klublarında oynayıb.
saytlarin hazirlanmasi