"Xetafe" "Mançester Yunayted"dən Meyson Qrinvudu heyətinə qatıb. 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı hücumçu 2023/2024 mövsümünün icarə əsasında İspaniya klubunda keçirəcək. 

"Mançester Yunayted"in yetirməsi olan Qrinvudun bu klubla müqaviləsi 2025-ci il iyunun 30-da başa çatacaq.