"Çox vacib üç xal qazandıq. Meydança amili bizə çətinlik yaradırdı. Amma üç xalı qazandığımıza görə şadam".
Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Adrian Mutu Misli Premyer Liqasının 5-ci turunun "Sumqayıt"la oyunundan sonra keçirilən mətbuat konfansında deyib.
- Beş turdan sonra komandanızdan razısız?
- Bəli. Doğrudur, "Kəpəz"lə matçda komandamdan daha çoxunu gözləyirdim. Amma ümumi götürsək, çətin perioddan keçmişik. Fasilədə də öz üzərimizdə yaxşı çalışacağıq ki, daha uğurlu çıxış edək.
- Transfer olacaq?
- Bəli, yaxın günlərdə yeni transferi görəcəksiz. Həmin transferlərdən sonra bizim üçün pəncərə bağlanacaq. Daha yaxşı, daha güclü heyət qurmaq istəyirik. Komandaya gəldikdən bəri əlimdə olan heyətdəki futbolçuların çıxışından razıyam. Hamısını qələbə münasibəti ilə təbrik edirəm. Bu cür meydanda oynamaq elə də asan deyil. Ancaq üç xalla evə gedə bilirik. Bəzən çətinliklər olur, lakin sonda qazanılan qələbə insanı sevindirir.
- Dieqo Valdezin performansını haqda nə deyə bilərsiz?
- Komandaya bir neçə gün öncə qoşulub. Bundan əvvəlki oyunda ona şans vermədim. İstədim ki, oyunumuza, məşqimizə baxıb komandaya adaptasiya olsun. Bu gün bir neçə dəqiqə oynadı. Ondan yararlanıb qol da vurdu. Göstərdi ki, qol da vura bilir. Onun performansı məni sevindirir
- Bəs komandanın oyunundan necə, razısız?
- Sevinirəm ki, 100 faizli nəticə qazandıq. Bir epizod yaratdıq, onu da qola çevirdik. Əsgərlər kimi qoyulan tapşırığı yerinə yetirdik. Amma bunu zarafat mənasında deyirəm. Belə meydanda oynamaq elə də asan deyil, futbolçular əllərindən gələni etdilər. Bu da məni sevindirir.
- Matçın sonunda "Sumqayıt"ın baş məşqçisi ilə aranızda gərginlik yaşandı...
- Xeyr, heç nə baş verməyib.
- Bütün oyunlara yalnız eyni pencəkdə çıxırsız. Bunun sizin üçün xüsusi önəmi var?
- Bəli, mənə uğur gətirən pencəkdir. Ona görə də, məni çox vaxt bu pencəkdə görə bilərsiz.
Mirbağırağa
saytlarin hazirlanmasi