"Neftçi"ni qələbə münasibətilə təbrik edirəm. Pis oynamadıq, futbolçularımı da paltardəyişmə otağında təbrik etdim. Doğrudur, görəcəyimiz işlər çoxdur. Amma əvvəlki üç turdakı ikinci yarıda komanda çox əziyyət çəkirdi. Məncə, komanda 3-4 turdan sonra fiziki sarıdan tam hazır olacaq. Oyunumuz da pis alınmadı. İlk yarıda iki qapıda da epizodlar olmadı. Konsentrasiyamız yaxşı idi. Qol buraxdıqdan sonra daha yaxşı oynadıq. Böyük qüvvə ilə irəli getdik. Daha yaxşı olacağıq. Çünki komandamız gec yığışıb, transferlərimiz də gec gəlib. Amma buna görə heç kimi qınamıram. Bu işin içində özüməm. Bu cür oyunlar önəmlidir. Azarkeşlər sona qədər qaldılar".
Sportal.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 5-ci turunun "Neftçi"yə (0:1) qarşı keçirilmiş matçından sonra mətbuat konfransında deyib.
- “Sumqayıt” oynadı, “Neftçi” qalib gəldi?
- Yox, belə şeylər deməyim. Oyundur da. Rəqibin qol vurmaq üçün az epizodu olsa da, onu dəyərləndirməsi ustalıq tələb edir. “Neftçi” də bunu göstərdi. Öz komandamın adına deyirəm ki, yaxşı oynadıq. Heç kim oyundan qopmadı. Uduzmasaydıq, heç-heçə olsaydı, daha yaxşə əhval-ruhiyyə ilə gedərdik. Bəlkə də, ədalətli nəticə elə olardı.
- Komanda hər oyunda qol buraxır. Bunun səbəbi müdafiə xəttinin zəif olması ilə bağlıdır?
- Keçən il komandaya gələndən sonra yeddi oyuna bir qol vurmuşduq, onu da penaltidən. İndi hər oyuna orta hesabla iki qol vururuq. Müdafiədə komanda şəklində çox diqqətliydik. İlk yarıda korner də olmadı. “Neftçi”nin heç qapımıza yaxınlaşmasına imkan vermədik. Kamran Quliyev epizodu vura bilmədi, davamında qapımızda qol gördük. Belə şeylər olur. Müdafiədən narazı deyiləm. Baxmayaraq ki, tez-tez rotasiyalar edirik. Yeni gələnlərə də şans veririk ki, oynasınlar, tez formaya düşsünlər.
- Heyət tam komplektləşib?
- Xeyr, vinger gözləyirik. Danışıqlar gedir. İki-üç gün əvvəl zəng gəlib ki, bu oyunçu sizə yenə maraqlıdır? Biz deyirik ki, bəli. Sonra yenidən “itirlər”. Amma üç nəfərlə danışırıq. Vingerin keçidini həll etdikdən sonra tam komplektləşmiş saymaq olar.
Mirbağırağa
saytlarin hazirlanmasi