Türkiyə birinci divizionunda çıxış edən "Ümraniyespor" klubunun üzvü Coşqun Diniyev Azərbaycan millisinə dəvət edilib.

Sportal.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsinin Belçika, həmçinin İordaniyaya qarşı keçiriləcək yoldaşlıq görüşləri üçün Diniyevə ehtiyac duyub. 

Qeyd edək ki, millimiz sentyabrın 9-da Bakıda Belçikanı qəbul edəcək. Üç gün sonra isə İordaniyaya qarşı meydana çıxacaq.