Belçika millisinin üzvü Yannik Ferreyra Karrasko Səudiyyə Ərəbistanına yollanıb.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, yarımmüdafiəçi "Əl-Şabab"la rəsmi müqavilə imzalayacaq.
Artıq tərəflər arasında razılıq əldə olunub. Onunla 3 illik müqavilə imzalanacaq. Bu transferə görə “Atletiko” 15 milyon avro əldə edəcək.
Ötən mövsüm 29 yaşlı futbolçu İspaniya Primerosunda 35 oyun keçirib və 7 qol vurub, 3 məhsuldar ötürmə edib.