Azərbaycan milli komandasının və “Dinamo”nun forvardı Mahir Emrelinin karyerasını Rusiyada davam etdirmək şansı olması barədə xəbər vermişdik.
Sportal.az saytına verilən məlumata görə, "Lokomotiv" Emreli üçün "Dinamo"ya rəsmi müraciət ünvanlayıb.
Moskva təmsilçisi ən azından forvardı altı aylıq forvardı icarəyə götürməyi planlaşdırır. Bununla bağlı da, Zaqreb klubu ilə danışığa başlayıb. Lakin hələ ki, Xorvatiya çempionu qarşı tərəfə yekun cavab verməyib.
Mahir Emrelinin "Dinamo" ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi