PSJ-nin hücumçusu Randal Kolo Muani parislilərin tarixində ən çox sevdiyi futbolçunun adını açıqlayıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Fransa nəhənginin yeni transferi olan 24 yaşlı forvard bu cür danışıb:
"PSJ tarixinin ən çox sevdiyim futbolçusu Mamadu Sakodur. Uşaqlıqdan onun oyununa baxaraq xarakter görmüşəm. Özüm də, bu xarakterdə olmağa çalışmışam".
Xatırladaq ki, Sako 2007-2013-cü illərdə PSJ-nin formasını geyinib.
Kolo Muani sentyabrın 1-də PSJ-yə keçib. Futbolçu parislilərlə 2028-ci ilin yayına qədər müqavilə imzalayıb. Kolo Muani 2022-ci ildən "Ayntraxt"da çıxış edirdi. O, ötən mövsüm Frankfurt klubunun heyətində bütün yarışlarda 46 oyun keçirib və 23 qol vurub, 17 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi