"Qarabağ" addımlarını düz atdı. Futbolçu seçimlərində yanılmadılar. Ən əsası da, futbolçuların hansı ölkədən gəlməsinə baxmayaraq, gözəl ailə yarada bildilər. Ona görə də, "Qarabağ"ın uğurları başladı və belə də, davam edir".
Bu sözləri Sportal.az saytına açıqlamasında Ramal Hüseynov deyib. "Qarabağ"ın sabiq futbolçusu Azərbaycan çempionunun avrokuboklardakı çıxışını şərh edib. O, Ağdam klubunun yeni transferə ehtiyac olub-olmaması haqda danışıb:
"Mövqeyin fərqi yoxdur, "Qarabağ"a transfer lazımdır. Çünki onlar çox oyunlar oynayır, bu da güc tələb edir. Hazırkı heyət çox yaxşıdır. Şahruddin Məhəmmədəliyev güclü qapıçıdır. Ancaq etdikləri səhvlər bağışlanası da deyil. Ona görə də, Andrey Lunyov və Luka Quqeşaşvilini oynatmaq yaxşıdır. "Qarabağ"ın hücumda problemi var. Məncə, həmin mövqeni də gücləndirsələr, yaxşıdır. Jununyo elə də partlayıcı gücə malik futbolçu deyil. Hazırda "Qarabağ"a potensialı yüksək hücumçu lazımdı".
"Qarabağ" Avropa Liqasında "Bayer", "Molde", "Hekken"lə eyni qrupda mübarizə aparacaq. Hüseynov, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin avrokuboklardakı şansını dəyərləndirib: "Qarabağ" üçün yaxşı qrupdur. Məncə, təmsilçimiz burada ikinci olmaq şansı çox böyükdür. Ancaq "Qarabağ"ın bu qrupu birinci pillədə başa vurmaq gücü də var. Çempionumuza uğurlar arzu edirəm".
Mirbağırağa