"WhoScored" portalı Premyer Liqanın 4-cü turunun "Arsenal" - "Mançester Yunayted" matçının futbolçularının performansını dəyərləndirib.
Sportal.az xəbər verir ki, "topçular"ın futbolçuları arasında ən zəif nəticəni Aleksandr Zinçenko göstərib. Adıçəkilən portalı ukraynalıya 6,2 xal verilib. Bu, "Arsenal" heyətindəki ən pis nəticədir.
Təsadüfi deyil ki, 90+9-cu dəqiqədə meydana daxil olan Jorginyo belə, eyni xalla qiymətləndirilib. Meydanda 76 dəqiqə ərzində ukraynalı topa 50 toxunuş edib, 43 dəqiq ötürmə verən (86%), o cümlədən qapıya bir zərbə ednirib.
Londonluların ən yaxşı oyunçuları Deklan Rays və Bukayo Saka seçilib. Hər ikisi 7,9 xal toplayıb.
Xatırladaq ki, matç “Arsenal”ın 3:1 hesablı qələbəsu ilə yekunlaşıb.
saytlarin hazirlanmasi