Qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Türkiyədə klub çalışdıracaq.
Sportal.az saytına verilən məlumata görə, Əsgərov ötən mövsüm idman direktoru kimi işlədiyi "Fomget" qadın klubuna baş məşqçi təyin olunub. Rəhbərlik mövsümün sonuna qədər baş məşqçi postunu ona tapşırıb.
Azərbaycanlı mütəxəssis artıq ilk sınağı üçün komandası ilə birlikdə Albaniyaya yollanıb.
Belə ki, ötən mövsüm Türkiyə Superliqasında çempionluq yaşamış adıçəkilən klub ölkəsini ÇL-də təmsil edəcək. "Fomget"in rəqibi İslandiyanın "Valur" klubudur.
saytlarin hazirlanmasi