İngiltərə millisinin sabiq çalışdırıcısı Fabio Kapello İtaliya millisinin baş məşqçi postundakı dəyişikliyindən danışıb.
Sportal.az xəbər verir ki, “Tuttosport”a danışan təcrübəli mütəxəssis bunları deyib:
"Mançini böyük səhvə yol verdi, amma federasiya prezidentini günahlandırır. Əvəzində isə insafla “mənim imtina edə bilməyəcəyim təklif var” deməli, buna uyğun olaraq istefa verməli idi. Spalettinin milliyə gəlişindən məmnunam. O, bir az emosionaldır, komandanı ruhlandıra bilən məşqçidir”.
Xatırladaq ki, “Zenit”in sabiq baş məşqçisi Luçano Spaletti avqustdan İtaliya millisinə rəhbərlik edir. O, bu postda Roberto Mançinini əvəzləyib.
saytlarin hazirlanmasi