Superliqa klubu Azərbaycan millisinin forvardını transfer etdi - anons verildi

20:18 - 4 Sentyabr 2023

Azərbaycan millisinin forvardı Renat Dadaşov karyerasını Türkiyə Superliqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, hücumçu "Hatayspor"la anlaşıb. Artıq Türkiyə klubu rəsmi tvitter səhifəsində bununla bağlı mesaj verib. Maraqlıdır ki, Türkiyə klubu Aysel Əlizadənin ifasında səsləndirilən "Yandırdın Qəlbimi" mahnısı ilə Dadaşovun keçidinin anonsunu verib.

"Hatayspor"un Dadaşov üçün "Qrasshopper"ə transfer məbləği ödəyəcəyi bildirilir.

Xəbər xətti