"Mançester Yunayted"in qapıçısı Andre Onana Kamerun millisinə qayıtmaq qərarına gəlib.
Sportal.az xəbər verir ki, bu barədə futbolçunun özü məlumat verib.
Afrikalı milliyə qayıtması haqda sosial şəbəkə hesabında bu cür yazıb:
"Ölkəmi təmsil etmək istəyim heç vaxt sönməyib və bu arzu mənim şəxsiyyətimin ayrılmaz hissəsi olaraq qalır. Heç nə və heç kim bu inamıma təsir edə bilməz. Mən ölkəmin çağırışına inamla razılıq cavabı verirəm".
Onana 2022-ci il Dünya Kubokunda bir oyun keçirmişdi (Kamerun - İsveçrə 0: 1). Bu görüşdən sonra qapıçı Serbiya millisi ilə oyunun (3:3) iştirak ərizəsinə salınmayıb, ardınca isə baş məşqçi ilə dalaşaraq komandanın düşərgəsini tərk etmişdi.
saytlarin hazirlanmasi