“Spartak”ın sabiq futbolçusu Reziuan Mirzov bu gün “Neftçi” ilə rəsmi müqavilə imzalayacaq.
Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi dünən tibbi müayinədən uğurla keçib.
Həmkarlarımızın yazdığına görə, Mirzov mayın 31-nə qədər “Neftçi”yə məxsus olacaq. 30 yaşlı futbolçu son olaraq “Ximki”nin formasını geyinmişdi.
O, bundan əvvəl isə “Spartak-Nalçik”, “Terek”, “Torpedo”, “Rostov”, “Tosno”, “Arsenal”, “Spartak”(Moskva) klublarında çıxış edib.
saytlarin hazirlanmasi