"Sabah" "Dinamo"nun futbolçusu ilə anlaşdı

10:19 - 5 Sentyabr 2023

“Dinamo”nun cinah oyunçusu Kahim Parris karyerasını Azərbaycanda davam etdirəcək.

Sportal.az “Xsport”a istinadən xəbər verir ki, 23 yaşlı yamaykalı cari mövsümün sonuna qədər icarə əsasında "Sabah"da oynayacaq. 

Müqavilənin bəndində satın alma opsionu da nəzərdə tutulub. Perrisin “Dinamo” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. Yamayka millisinin üzvü “Domjale”, “Krka”, “Koper” klublarında oynadıqda sonra 2022-ci ildə “Dinamo”ya keçib.
 

Xəbər xətti