Monteneqro millisinin forvardı Stevan Yovetiç özünə yeni komanda tapıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, təcrübəli hücumçu "Olimpiakos"la anlaşıb.
33 yaşlı futbolçu Pirey təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
Yovetiç karyerası ərzində "Fiorentina", "İnter", "Mançester Siti", "Sevilya", "Monako", "Herta" klublarının formasını geyinib.
saytlarin hazirlanmasi