Dünən Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsinin Belçika yığması ilə Bakıda (9 sentyabr) keçirəcəkləri oyunun hazırlığına start verib.
Sportal.az saytına verilən məlumata görə, millimizin hücumçusu Renat Dadaşov “Hatayspor”la müqavilə imzalamaq üçün Türkiyəyə yola düşüb. Bu səbəbdən forvard millinin düşərgəsinə yalnız sabah qoşula biləcək.
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi özü Dadaşovun yığmanın düşərgəsinə iki gün gec qoşulmasına şərait yaradıb. Ki, forvard “Hatayspor”la rəsmi müqavilə imzalaya bilsin.
Xatırladaq ki, Renat “Qrasshopper”dən ayrılaraq Türkiyə klubuna keçib. Superliqa klubunun bu gün Dadaşovun transferini rəsmən açıqlayacağı gözlənilir.
saytlarin hazirlanmasi