"Dinamo" Konfrans Liqasının qrup matçları üçün sifariş ərizəsini UEFA-ya göndərib.
Sportal.az xəbər verir ki, Xorvatiya çempionu siyahıya azərbaycanlı forvard Mahir Emrelinin adını da daxil edib.
Qeyd edək ki, "Dinamo" avrokuboklar mövsümünə Çempionlar Liqasının təsnifat mərhələsində başlasa da, uğursuzluqdan sonra son olaraq Konfrans Liqasında oynamağa məcbur olub.
Zaqreb təmsilçisi mKonfrans Liqasında C qrupunda "Astana" (Qazaxıstan), "Ballkani" (Kosovo) və "Viktoriya" (Çexiya) ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi