"Səbail"in müdafiəçisi, Azərbaycan milli komandasına dəvət edilmiş Yusif Nəbiyev Sportal.az saytına müsahibə verib.
- "Səbail" son turda "Qarabağ"la matçda qələbə qazanmağı bacardı. Görüş sizin üçün necə alındı?
- "Qarabağ"la oyunda vacib qələbə qazandıq. Amma matç bizim üçün yaxşı başlamadı. Çünki elə ilk dəqiqələrdə hesabda geri düşdük. Lakin özümüzdə güc taparaq hesabı öz xeyrimizə dəyişə bildik. Nəticədə üç xalı qazandıq. "Qarabağ"la matçda sona qədər mübarizə apardıq.
- "Qarabağ" üzərində qazanılan qələbə "Səbail"in bu mövsümkü iddiasından xəbər verir? Ötən mövsümün çempionu üzərində qazanılan qələbə "Səbail"ə böyük motivasiya qazandıracaq?
- "Qarabağ"ın gücü hamıya bəllidir. Əlbəttə ki, qələbə bizim üçün motivasiya olacaq. Biz oyundan-oyuna inkişaf edəcəyik. Daha yaxşı "Səbail" olmağa çalışacağıq. Çünki yaxşı komandayıq.
- Ötən mövsüm də bir neçə matçda "Qarabağ"a qarşı oynamısan. Bu mövsüm isə "Səbail"in heyətində "Qarabağ"ı gördün. Səncə, son Azərbaycan çempionu güclənib, yoxsa bu mövsüm onlara qarşı oynamaq daha asandır?
- "Qarabağ" haqda heç nə demək istəmirəm. Sadəcə onlara Avropa Liqasının qrup oyunlarında uğurlar arzu edirəm. Azərbaycanı layiqincə təmsil edəcəklərinə inanıram.
- "Səbail"də göstərdiyin performansla ilk dəfə Azərbaycan millisinə dəvət edildin. Millidən təklif gəlməsi sənin üçün gözlənilməz olmadıki?
- Düzü, Azərbaycan millisindən dəvət gəlməsi gözlənilməz oldu. Ancaq təbii ki, buna görə çox şad oldum. Çünki hər bir azərbaycanlı futbolçunun getmək istədiyi yerdir milli komandadır. Mən də millidə yer alacağıma görə xoşbəxtəm. Həqiqətən də, qürurverici anlardır.
- Artıq millinin toplanışı start götürüb. Düşərgəyə qoşulmusan yəqinki? Premyer Liqadakı 5 turdan sonra hər hansı hiss edirsən?
- Bəli, artıq millinin düşərgəsinə qoşulmuşam. Hər şey qaydasındadır. Məşqlərimizi edirik, oyunlara hazırlaşırıq.
- Azərbaycan millisini qarşıda Belçikaya qarşı oyun gözləyir. Bu görüş barədə hansı fikirdəsən? Səncə, milli Belçikadan xal ala biləcək ?
- Biz hazırlaşırıq. Belçika millisi haqda hamı məlumatlıdır. Onların gücünü də hamı bilir. Çətin və ağır oyun olacağı dəqiqdir. Ancaq bu futboldur, hər şey ola bilər. Biz əlimizdən gələni edəcəyik.
- Millinin yeni üzvü olsan da, qarşıdakı Belçika və İordaniya matçlarına özünü mental və fiziki olaraq hazır hesab edirsən?
- Bəli, milli komandanın yeni üzvüyəm. Ancaq mən özümü tam hazır hiss edirəm. Yəni qorxacaq və ya çəkinəcək yerim yoxdur. Mənə şans verilsə, bundan maksimum dərəcədə istifadə etməyə çalışacam.
Mirbağırağa
saytlarin hazirlanmasi