"Adana Demirspor"un forvardı Şerif Ndiaye Türkiyəni tərk edib.
Sportal.az xəbər verir ki, hücumçu karyerasını Serbiyada davam etdirəcək.
Belə ki, o, "Srvena Zvezda"da oynayacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı hücumçu ilə 3+1 illik müqavilə imzalanıb.
Seneqallı forvard "Vasland-Beveren", "Qoritsa". "Göztepe", "Şanxay Port"da oynadıqdan sonra 2023-cü ildə "Adana Demirspor"a keçmişdi.
saytlarin hazirlanmasi